Ödənişli əsaslarla qəbul olan tələbələrdən bəziləri dövlət sifarişli təhsil ala biləcəklər.
Mynews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək.
Bəzi ödənişli əsaslarla təhsil alan tələbələr də dövlət sifarişi üzrə təhsillərini davam etdirə biləcəklər.
Təhsil iyyeksperti Elşən Qafarov bildirir ki, bu, ölkədə ümumətlə ödənişli təhsilin tamamilə aradan qaldırılmasına hədəflənən addımlar sırasındadır.
Bəs dövlət sifarişli təhsilə keçiriləcək tələbələr kimlərdir? Elşən Qafarov bildirib ki, bu, dövlətin əmək bazarına uyğun olaraq verdiyi sifariş əsasında müəyyən ediləcək. Balı yüksək olmayanlar da bu güzəştdən yararlana biləcəklər.
Ekspertin fikrincə, dövlət sifarişinin əhatəliliyi genişləndiyi təqdirdə bundan həm dövlət, həmçinin özəl ali məktəb tələbələri yararlana biləcəklər. /Xəzər TV
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub