Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın əmrinə əsasən, Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsinə təyin olunub.
Bu barədə Mynews.az-a EATDA-dan məlumat verilib.
Nasim Abışov bakalavr təhsilini Bakı Dövlət Universitetində "kimyaçı, kimya müəllimi” ixtisası üzrə tamamlayıb, "fiziki kimya” ixtisası üzrə aspirantura təhsili alıb. O, kimya elmləri üzrə fəlsəfə doktoru, pedaqogika elmləri doktoru elmi dərəcələrinə sahibdir. Həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü və professor elmi adına layiq görülüb.
O, müxtəlif illərdə pedaqoji və rəhbər vəzifələrdə çalışıb. Belə ki, Azərbaycan Dövlət Neft Akademiyasında Fiziki kimya kafedrasında assistent, H.Əliyev adına Müasir Təhsil Kompleksində kafedra müdiri, tədris hissə müdiri və direktor, Bakı Dövlət Universitetində "Kimyanın tədrisi metodikası” kafedrasında dosent və professor olaraq fəaliyyət göstərib.
Nasim Abışov həmçinin 178 nömrəli tam orta məktəbin və İ.Hacıyev adına "Tərəqqi” texniki-humanitar liseyin direktoru olub.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub