Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi çərçivəsində İmişli rayonunun Yalavac kəndində yerləşən İ. Səfərov adına 624 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri tamamlanıb.
Mynews.az xəbər verir ki, müasir standartlara uyğun yenidən qurulan bina funksionallığı, təhlükəsizliyi və geniş tədris imkanları ilə seçilir.
Məktəbin 2.05 hektarlıq ərazisində yaradılan yeni tədris mühitində təhsilin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait təmin olunub. Ümumi sahəsi 3412 m² olan binada 19 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 3 laboratoriya və 2 əmək otağı fəaliyyət göstərir. Şagirdlərin bilik və bacarıqlarını genişləndirməsi üçün informatika kabineti, çağırışaqədərki hazırlıq kabineti, eləcə də kitabxana və oxu zalı istifadəyə verilib.
Təhsil ocağında sosial-inzibati infrastruktur da tam şəkildə yenilənib. Layihə çərçivəsində akt zalı, yeməkxana və müasir tələblərə cavab verən idman zalı şagirdlərin istifadəsinə verilib. Binanın bütün mühəndis-kommunikasiya sistemləri yenilənib, ətraf ərazi abadlaşdırılıb.
Yalavac kənd tam orta məktəbinin əsaslı təmiri bölgədə şagirdlər üçün müasir, rahat və təhlükəsiz təhsil mühiti yaradaraq tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.









1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub