Azərbaycanda ən çox müavini və müşaviri olan rektorlardan biri də Kamal Abdulladır. 2017-ci ildən bəri Azərbaycan Dillər Universitetinə rəhbərlik edə 76 yaşlı akademik bu göstəriciyə görə hətta bəzi nazirləri də geridə qoyur.
Mynews.az Mətbuat.az-a istinadla xəbər verir ki, Kamal Abdullanın rəhbərliyi altinda ADU-da 5 prorektor və 3 müşavir fəaliyyət göstərir. "Birinci prorektor" statusunda Şəfəq Şahməmmədovadır. O, tədris məsələləri üzrə prorektor vəzifəsində çalışır.
Elmi işlər üzrə prorektor Həmidə Əliyevadır. Həmidə xanım filologiya elmləri doktoru, professordur.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini dosent Tamam Cəfərova icra edir. Tamam xanım həm də Milli Məclisin deputatıdır.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribovadır. Jalə xanım 2004-cü ildən bu vəzifədə çalışır.
Azərbaycan Dillər Universitetində ümumi işlər üzrə prorektor postu da var. Bu postu 30 aprel 2019-cu ildən dosent Vüqar Mehrabov tutur.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın həmçinin 3 müşaviri var.
Maddi-texniki təminat və maliyyə məsələləri üzrə müşavir Nüşabə Tanrıverdiyevadır.
ADU-nun rəsmi veb saytında yazılana görə, bu təhsil ocağında rektorunun inzibati idarəetmə məsələləri üzrə iki müşaviri var. Onlar Coşqun Dadaşov və Anar Osmanlıdır.
Müqayisə üçün bildirək ki, Müdafiə sənayesi naziri Vüqar Mustafayevin 2, Mədəniyyət naziri Anar Kərimlinin 3, Energetika naziri Pərviz Şahbazovun 4 müavini var.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub