"İdrak” Liseyində baş vermiş məlum hadisə ilə bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Hadisədən dərin təssüf keçirir və KİV nümayəndələrindən rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyə, həqiqətə uyğun olmayan informasiyaları yaymamağa çağırırıq”.
Mynews.az xəbər verir ki, bu sözləri "İdrak” Liseyinin direktoru Mönsüm Alışov deyib.
O qeyd edib ki, lisey nümunəvi fəaliyyəti ilə seçilib:
"Bildiyiniz kimi, Bakı İdrak Liseyi 2014-cü ildə fəaliyyətə başlayıb. Müasir tədris ocağı kimi şagirdlərinin uğurları ilə respublikamızın təhsil həyatında özünə layiqli ad və yer qazanıb. Məzunlarının hamısı tələbə adını qazanaraq Azərbaycanın və xarici ölkələrin qabaqcıl təhsil ocaqlarında oxuyurlar. Liseydə müasir tədris şəraitinin və güclü pedaqoji kollektivinin olması ictimaiyyətə məlumdur”.
Direktor media nümunayəndələrinə də müraciət edib:
"Lakin bəzi KİV-lər və sosial şəbəkə istifadəçiləri baş vermiş hadisədən sui-istifadə edərək, həqiqətə uyğun olmayan məlumatlar yayır, İdrak Liseyinin və ailəmizin ictimai nüfuzuna əsassız şəkildə ziyan vururlar. Bu cür həqiqəti əks etdirməyən xəbərlər və şərhlər İdrak Liseyi kollektivində və valideynlər arasında ciddi narahatlıq yaradır.
Əziz media nümayəndələri və sosail şəbəkə iştifadəçiləri, müraciətimizi anlayışla qarşılamağınızı, rəsmi məlumatlara istinad etməyinizi Sizlərdən xahiş edirik”
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub