İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir.
Mynews.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir: "Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır.
Bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır".
Qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir:
"İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə kiçik yaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik".
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub