2026-2027-ci tədris ilində bir neçə dərslik yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.
Mynews.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, yeni tədris ilində IV siniflər üçün "Həyat bilgisi", VII siniflər üçün "Azərbaycan dili" ,"Riyaziyyat", "İngilis dili", "Azərbaycan tarixi", VIII siniflər üçün "Coğrafiya", IX siniflər üçün "Biologiya", "Fizika" və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.
Yenilənmiş dərsliklərin hazırlanmasında əsas məqsəd şagirdlərdə yalnız nəzəri biliklərin formalaşdırılması deyil, eyni zamanda həmin biliklərin real həyat situasiyalarında tətbiqi, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsidir.
Eyni zamanda yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığın inkişafına xidmət edən tapşırıqların sayı artırılmış, maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, kibertəhlükəsizlik kimi müasir və aktual məlumatlar məzmuna daha sistemli şəkildə inteqrasiya edilib.
1
Füzulidə yeniyetmənin meyiti tapıldı
682 dəfə oxunub
2
Abel Məhərrəmovun "El Faro" su : anormal qaydalar, fantastik qiymətlər - Araştırma
651 dəfə oxunub
3
Türkiyədə zəlzələ oldu
612 dəfə oxunub
4
Azərbaycanda sabah 37 dərəcə isti olacaq
612 dəfə oxunub
5
Kolleclərə qeydiyyat başladı
583 dəfə oxunub