Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri davam edir.
Bu barədə Mynews.az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, hazırlıq tədbirləri çərçivəsində təhsil müəssisələrində sanitar-gigiyenik və dezinfeksiya işləri həyata keçirilir.
"Bununla yanaşı, yeni tədris ili ərəfəsində məktəblərin tədris avadanlıqları ilə təminatı, sinif otaqlarının və digər təlim məkanlarının hazırlıq vəziyyətinin yoxlanılması, ərazilərin abadlaşdırılması, həmçinin təhsil müəssisələrinin tam hazır vəziyyətə gətirilməsi istiqamətində zəruri işlər görülür.
Görülən işlərin əsas məqsədi şagirdlərin müasir, təhlükəsiz və sağlam təhsil mühitində təhsil almalarını təmin etmək, təlim prosesinin keyfiyyətli təşkili üçün zəruri şəraiti yaratmaq, eləcə də təhsil müəssisələrinin yeni tədris ilinə tam hazırlığını təmin etməkdir", - məlumatda qeyd olunub.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub