Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Müstəqil Azərbaycan Respublikasında isə Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir.
Müəllimlərlə bağlı cəmiyyətimizdə ən çox müzakirə olunan mövzulardan biri də onların maaşı ilə bağlıdır. Belə ki, zaman-zaman müəllimlərin əməkhaqlarının artırılmasına dair təkliflər səsləndirilir.
Bəs yaxın gələcəkdə müəllimlərin maaşında artım ola bilərmi?
Mynews.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi Bakıvaxtı.az-a danışıb.
Ekspert bildirib ki, hazırda ölkəmizdə əməkhaqqı baxımından bir çox sferalarla müqayisədə müəllimlərdə əməkhaqqı bir qədər aşağıdır:
"Elə müəllimlərimiz var ki, onların əməkhaqları yüksəkdir. Həmin müəllimlərin müvafiq olaraq əməkhaqları 2500-3000 manat və artıqdır. Lakin bunu bütün müəllimlərə şamil etmək olmaz. Bəzi müəllimlərin dərs saatları ümumiyyətlə azdır və 300-350 manat əməkhaqqı alırlar. Bu, minimum əməkhaqqı səviyyəsidir. Ümid edirik ki, yaxın gələcəkdə müvafiq yanaşmalar, yəni, diaqnostik qiymətləndirmə, sertifikasiya və bir sıra əlavə adlar ümumi müəllimlərin əməkhaqqına təsir göstərəcək", - deyə müsahibimiz əlavə edib.
Ekspert hesab edir ki, növbəti dövrdə metodist müəllim statusunu qazanan və tam ştat vahidinə keçən təhsil işçilərinin maaşlarında artım baş verəcək. Bu addım müəllimlərin sosial rifahının yüksəldilməsinə və yaşam şəraitinin xeyli yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Elçin Əfəndi müəllimlərə olan münasibətə də diqqət çəkib:
"Müəllim nüfuzuna xələl gətirən bəzi davranışlar, eləcə də pedaqoqların tədris prosesində yol verdikləri xətalar cəmiyyətin bu peşəyə yanaşmasına mənfi təsir göstərir. Bu gün əsas məqsəd müəllim adının nüfuzunu bərpa etmək və ona olan əvvəlki hörməti qaytarmaqdır. Çünki müəllimlik müqəddəs peşədir və bütün sahələr üzrə kadrların yetişdirilməsində aparıcı rol məhz onların üzərinə düşür. İstər məktəb, istər orta ixtisas, istərsə də ali və peşə təhsili olsun, bütün pillələrdə müəllimin rolu xüsusi və əvəzedilməzdir. Bu amili nəzərə alaraq, müəllim nüfuzunun bərpa olunması istiqamətində məqsədyönlü addımların atılması və müvafiq tədbirlərin görülməsi vacibdir".
1
Azərbaycanda Anım Günüdür
342 dəfə oxunub
2
Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkı ziyarəti ilə bağlı PAYLAŞIM
332 dəfə oxunub
3
Şuşa şəhərində Anım Günü qeyd edildi
311 dəfə oxunub
4
Bəzi yerlərdə leysan yağır
271 dəfə oxunub
5
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - DOSYE
265 dəfə oxunub