Azadlıq və insan haqlarına riayət etmək ilahi göstəriş olub və bütün peyğəmbərlərin ilahi proqramlarında əsasları əhatə etmişdir. Azadlıq və öz haqqını tələb etmək insanın fitrətində olan həqiqətdir. Müsəlman ya kafir, qərbli ya şərqli, qadın ya kişi olmasından asılı olmayaraq, hər kəsin qəlbində azadlıq və öz haqlarına nail olmaq teşnəliyi var. Hər ikisi ilahi nemətlər hesab olunurlar.
Mynews.az maide.az-a istinadən bildirir ki, İslam nöqteyi-nəzərdən hər kəsin fərdi azadlığı ona verilən haqqa cəmiyyət biganə olarsa, o cəmiyyət məzəmmətlənmişdir. Başqa bir nöqtə "azadlıq" məfhumuna dünyabaxışı müxtəlif olanlar tərəfindən müxtəlif anlamaları müşkülüdür. İstənilən bir məfhum haqqında fikir söyləniləndə, fikirlərdən hansının daha doğru olmasını bilmək üçün müşkülü az olan fikirə diqqət edilməlidir.
Allah-tala insana azadlıq verənda bu azadlıq üçün hədlər qərar vermişdir ki, məhz həmin hədlər bu azadlığa zinət verirlər. Bütün imkanları məhdud olan bir varlığa yəni, insana hüdudsuz azadlıq vermək əslində bu məxluqa zülm olar. Belə olan bir şəraitda azadlıq öz mənasını dəyişib xaos şəklini alar. Məsələn, sizdən biriniz öz körpə övladını elektrik mənbəyi, mətbəxdə bıçaq, qaz pilitəsi yandırıcısı olan sobanın yanında nəzarətsiz buraxarmı?! Əsla, səbəbi körpənin onu əhata edən bu təhlükə mənbələrini dərk etməməsidir. Sizin onu qorumağınız üçün onunla bu təhlükə mənbələrin arasında hədd yəni, maneə yaratmağınız lazımdır. Zahiri məhdudiyyət olan bu hərəkətin batini və əsli rəhmətdir. Sual əmələ gəlir ki, hansı varlıq insanın xeyrini onu yaradan Allah-taladan daha yaxşı bilər?
Allah-talanın bütün əmrləri ədalat və hikmət əsasındadır. Allaha inamlı olan insanlar üçün yaradanın əmrləri rəhmət və qadağaları onların azadlıqlarının hüdudlarıdır. Allah-tala kişilərə va qadınlara onların kamala çatmaları üçün əmrlər etmişdir. Əgər Allah-tala qadınlara öz bədənlərini örtmələrini yəni, hicaba əmr edirsə, bütün möminlərə də naməhrəmlərdən gözlərini örtmələrini əmr edir. Müştərək mənafedən ötrü birinci dəstəyə özlərini xaricdən gizlətməyi, ikinci dəstəyə isə xarici gözlərindən gizlətməyi əmr edir. Əmr iki tərəflidir əgər bir tərəf əmrə itaət etməsə hər iki tərəf zərər görər. Bu ilahi hökm bütün zamanlara və məkanlara şamildir. Müsəlman qadın bu hökmə öz hüququnun tamamlanması kimi baxır onun pozulması kimi yox. Belə bir baxış, yəni örpəklə qadının hüququnun pozulması, əslinda qəlbində Allaha imanı olmayanların baxışıdır, həttə dillərində müsəlman olmalarını desələr belə. Başqa bir nöqtə bəşərin istəyinin ilahi istəklə qarşı-qarşıya qalması şəraitidir. Belə bir şəraitdə əziz Peyğəmbərimiz (s) məsələni açıq aydın bəyan etmişdir: "Yaradana itaətsizlik etmək üçün insanlara itaət yoxdur. Əgər siz Allaha yəni, Ona itaət etməklə Onun sizi mükafatlandırıb əzabından nicat verməsinə yardım etsəz, O da sizə yardım edər və sizin qədəmlərinizi sabit edər."