NASA son 9 il ərzində Icebridge layihəsi çərçivəsində hava şəraitini izləyir. Martın əvvəllərində alimlər məruzə ediblər ki, Arktikada buzların həcmi ən aşağı səviyyəyə çatıb.
Arktikada buzlaqlarının xarakteri, hərəkət istiqaməti müəyyən etmək üçün aparılan müşahidələrdə buzlaqların ərimə sürəti ekspertlərin proqnozlarını üstələyib. Ötən 10 il ərzində buzlaqların sayı 15 faiz azalıb. Bu gedişlə okeanın səviyyəsi 40 santimetrə qədər artacaq.
Qrenlandiya, Kanada və Arktika üzərində 8 saatlıq uçuş zamanı missiyada mütəxəssislərlə yanaşı, Getty Images agentliyinin fotoqrafı Mario Таmаda iştirak edib.
Planetin ən soyuq guşələrində müşahidələrdə iştirak edən Mario Arktikanın buzlaqlarla örtülü gözəlliyini yaxından izləyib. Eyni zamanda, asta-asta əriyən buzlaqların əsrarəngiz şəkillərini çəkə bilib.
Həmin görüntüləri təqdim edirik



1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub