Elm adamları tarixi kəşfin astanasındadır.
Mynews.az xəbər verir ki, alimlər sintetik insan genini hazırlayır.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir araya gələn 150 alim, bu barədə gizli toplantı keçirib. Toplantının bəzi detalları xarici mənbələrdə yayımlanıb. Məlumata görə, alimlər yarım əsrdən çoxdur ki “İnsan geni layihəsi” çərçivəsində araşdırmalarını davam etdirir. Və nəhayət onlar nəticə əldə etməyə çox yaxınlaşıb.
Bildirilir ki, alimlər insan DNK-sını əmələ gətirən əsas elementləri dəyişdirərək sintetik yeni gen əldə etmək niyyətindədir. Yeni genlər labaratoriya şəraitində təkrar DNK-ya əlavə ediləcək. Əldə olunan yeni DNK kodlarının embrionlara yerləşdirilməsi nəticəsində isə alimlərin ifadə etdiyi kimi “super insan” yaratmaq mümkün olacaq. Dünyaya gələcək yeni insanlar digərlərindən gücünə, zəkasına, bacarığına, görünüşünə və digər xüsusiyyətlərinə görə xeyli üstün olacaq.
Artıq layihəyə bəzi qurumlar da dəstək verir. Bunun üçün 100 milyon dollar vəsait toplanıb. Layihə uğurla başa çatarsa 20 ildən sonra biz cəmiyyətdə “super insan”lara rast gələ biləcəyik. Bildirilir ki, “super insan”ların yaradılması olduqca çox vəsait tələb edəcək. Yəni hər ailə övladının “super insan” olmasını reallaşdıra bilməyəcək.
Bəzi alimlər isə “super insan”ın yaradılmasına qarşı çıxır. Onların sözlərinə görə, yeni formalı insanların dünyaya gəlməsi cəmiyyətdə təbəqələşmə yaradacaq. Üstəlik bu yeni xəstəliklərə də yol aça bilər.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub