Təhsil İdarəsi Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının paytaxt məktəblərində dərslərə təsir edib-etməyəcəyi məsələsinə aydınlıq gətirib.
Mynews.az apa.az-a istinadən verdiyi xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, mayın 12-22-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yüksək beynəlxalq tədbir olduğunu və əhəmiyyətini nəzərə alaraq şagirdlərin və məktəblərin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə düşür.
Bu işin təşkili və nəzarətin idarə tərəfindən həyata keçirildiyini deyən M.Vəliyeva qeyd edib ki, məsələlərdə tədris proqramlarının vaxtında yerinə yetirilməsi, başa çatdırılmasını əsas məqsəd olduğunu unutmuruq: “Bütün bunları nəzərə alaraq tədris prosesinə mane olmadan beynəlxalq tədbirdə Bakı məktəblərinin iştirakı təmin olunacaq. Bunun üçün xüsusi təşkilati işlər görülür”.
Oyunların keçirildiyi müddətdə dərslərin müəyyən müddətə təxirə salınıb-salınmayacağına gəlincə, M.Vəliyeva vurğulayıb ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən bu günə qədər idarəyə heç bir tapşırıq və ya göstəriş verilməyib. Onun sözlərinə görə, əgər hər hansı göstəriş olarsa, o zaman məsələ tərəfimizdən icra olunacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub