12-22 may tarixlərində Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün bəzi dövlət və özəl müəssisələrdə iş saatlarında dəyişiklik edilib.
Mynews.az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, 2017-ci il mayın 1-dən iyunun 1-dək “Azəriqaz” İstehsalat Birliyində, o cümlədən Bakıda fəaliyyət göstərən bəzi dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a faktı təsdiqləyib.
O qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar iş rejimi 09:30-dan 18:30-dək müəyyən edilib.
İ.Kərbalayev qeyd edib ki, iyunun 1-dən etibarən işçilər əvvəlki iş rejimində - 09:00-dan 18:00-dək çalışacaqlar.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub