Havaların isinməsi ilə bağ evlərinin kirayəsi üçün də artıq müraciətlər başlayıb.
Mynews.az xezerxeber.az-a istinadən məlumat verir ki, artıq dənizkənarı ərazilərdə bağ evlərinin sahibləri həyəti və evləri hazır vəziyyətə gətirib kirayə vermək üçün hazırdırlar.
Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundovun sözlərinə görə, bağ evləri, adətən, 3 aylıq verilir. Bu müddətdən az bağ evi kirayə verənlər isə adətən daha baha qiymətə olan bağ evlərinin sahibləridir. Bağ evlərinin kirayə haqları isə kifayət qədər yüksəkdir.
Ucuzu 500 manatdan başlayan belə evlərin ən bahalıları isə 15 min manata kirayə verilir.
Ən bahalı bağ evləri isə Mərdəkan, Bilgəh, Buzovna ərazilərindədir. Burada ən ucuz bağ evləri, demək olar ki, 1500-2000 manatdan başlayır.
Bahalı bağ evlərində qalmaq istəyənlər isə əsasən xaricdə yaşayan azərbaycanlılardır. Ancaq bu il bağ evləri üçün müraciət edənlər arasında ərəb turistlərin olması da diqqət çəkir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub