Ötən gün Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov qızına toy edib.
Mynews.az xəbər verir ki, “AZAL” prezidentinin bu qızı da əcnəbi ilə ailə qurub. Mila Əsgərovanın həyat yoldaşı ingilis əsilli Robert Nortondur.
Toy mərasimi Bakıda baş tutub.
Qeyd edək ki, Mila Əsgərova Londonda tanınmış incəsənət mütəxəssislərindən biridir, “Gazelli Art House” incəsənət qalereyasının təsisçisi və rəhbəridir. Həyat yoldaşı Robert Norton isə Sedition art və Saatchi Online şirkətlərinin keçmiş həmtəsisçisi və icraçı direktoru olub. O, həmçinin bir vaxtlar Reuters agentliyində müxbir olaraq da çalışıb.
Onu da əlavə edək ki, Əsgərovun digər qızı Cəmilə Əsgərova Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir.
Qafqazinfi.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub