Bakıda Dövlət Yol Polisinin əməkdaşı yol hərəkəti qaydasını pozub.
Mynews.az-ın İstiPress-ə istinadən verdiyi məlumata görə, yol polisinin qayda pozuntusunu əks etdirən videonu Xəyyam Hüseynli adlı istifadəçi sosial şəbəkədə paylaşıb.
Videodan görünür ki, sürücü hərəkətdə olarkən yolun sağ tərəfindən DYP əməkdaşı xidməti avtomobili ilə qəfildən yola çıxaraq əks istiqamətdə hərəkət edib.
Həmin an DYP avtomobilinin sayrışan işıq və xüsusi səs siqnalı qoşulu olmayıb. Hadisə aprelin 28-də baş verib.
Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, əgər avtomobili idarə edən müfəttiş qaydanı pozubsa, günün sonunda cəzalandırılacaq.
“DYP-nin hər bir xidməti avtomobili müasir texnologiyalarla təmin edilib və onlar xüsusi operatorlar tərəfindən izlənilir. Əgər həmin ərazidə müfəttiş qaydanı pozubsa, cəzalandırılacaq. Sayrışan işıqları və xüsusi səs siqnalından niyə istifadə etmədiyi araşdırılacaq”, - deyə V.Əsədov bildirib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub