Bakının ən məşhur obyekti sökülür GÖZLƏNİLMƏZ TƏLƏB

528
Bakının ən məşhur obyekti sökülür GÖZLƏNİLMƏZ TƏLƏB

Obyekt tanınmış azərbaycanlı iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur

Bakının ən məşhur və uzun müddətdir fəaliyyət göstərən restoran-əyləncə mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzinin sökülməsi tələb edilir. Bu barədə xəbəri Lent.az-a BƏM-in baş administratoru təsdiqləyib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti əyləncə mərkəzinin söküləcəyi və yerində yeni infrastruktur yaradılacağı ilə bağlı BƏM rəhbərliyinə layihə təqdim edib. Meriya eyni  zamanda BƏM-in də tezliklə sökülməsini qurum rəhbərliyindən tələb edib. Lakin baş administrator onu da əlavə edib ki, əyləncə mərkəzinin rəhbərliyi müvafiq instansiyalarla danışıb və söküntü ilə bağlı qərarı dayandırıb. Obyekt hələ ki fəaliyyətini davam etdirir.  

Qeyd edək ki, BƏM-in söküləcəyi xəbərini bakupost.az saytı yayıb. Saytın xəbərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.

Bildirilir ki, ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib.

***

"Azadlıq.info" yazır ki, BƏM rəhbərliyi xəbərdarlıqdan şoka düşüb. Söküntü qərarının səbəbi və başqa detallar barədə Abutalıbovdan heç nə öyrənə bilməyiblər. Bakının icra başçısı bütün etirazlar və sullar qarşısında yalnız bunu deyib: “Mənlik deyil”.

BƏM rəhbərliyi xatırladıb ki, bina heç bir ay deyil təmir olunub, təmirə milyonlarla manat pul xərclənib, mərkəzdə 200-dən çox işçi çalışır və s. Amma bu sadalananların heç bir faydası olmayıb. Abutalıbov heç nəyə məhəl qoymadan binanın söküləcəyini çatdırıb.

BƏM-də bir neçə böyük toy və banket zalları, idman-sağlamlıq qurğuları, üzgüçülük hovuzu fəaliyyət göstərir.

Onu da qeyd edək ki, BƏM  tanınmış azərbaycanlı iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur. 

Xəbər lenti