Kanaldan meyidi tapılan qadının kimliyi məlum oldu - VİDEO

Ağdaş rayonunda suvarma kanalından meyiti tapılan qadının adı məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 15:00 radələrində Yuxarı Şirvan kanalının Şəkili kəndi ərazisindən keçən hissəsində tapılan qadının Ağdaş rayon sakini olduğu müəyyənləşib. Rayon Polis Şöbəsindən bildirilib ki, Ağdaş şəhərinin Ağalı küçəsində yaşayan, 1946-cı il təvəllüdlü Rəsulova Gülsura Hacıbala qızı bu gün günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib, iki saat sonra onun meyiti su kanalından tapılıb. Qadının hansı səbəbdən özünü kanala atması məlum deyil.
Qeyd edək ki, bu gün saat 15:00 radələrində Ağdaşın Şəkili kənd sakinləri Yuxarı Şirvan kanalında insan cəsədi görərək dərhal Ağdaş rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları kanaldan naməlum qadın meyitini çıxararaq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparıblar. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Loading...
Cəmiyyət
- Bakının bu ünvanında evlər söküləcək - Kvadratına 3 min AZN kompensasiya
- Ev almaq istəyənlərin diqqətinə! - Nazirlik bu mənzillərin onlayn satışına başladı
- Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir - - FOTOLAR - VİDEO
- Xuraman Əlizadə: “Mədəkiçiltmədən sonra normal qidalana bilmirdi”
- Taksi sürücüsü tərəfindən əxlaqsızlığa məruz qalan xanım - "Başıma oyun açardı" - VİDEO
- Bakıda uşaq evində nələr baş verir? - Səs yazısı yayıldı - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Xuraman Əlizadə: “Mədəkiçiltmədən sonra normal qidalana bilmirdi” 1032 dəfə oxunub
- Ev almaq istəyənlərin diqqətinə! - Nazirlik bu mənzillərin onlayn satışına başladı 1018 dəfə oxunub
- “Nar” 2023-cü ildə də sosial yönümlü peşə təlimlərinə davam edir 1008 dəfə oxunub
- Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir - - FOTOLAR - VİDEO 1007 dəfə oxunub
- Bu gündən məktəblilərin qış tətili başlayır 589 dəfə oxunub
loading...