"Facebook"un məşhur çobanı tələbə oldu - VİDEO

609
"Facebook"un məşhur çobanı tələbə oldu - VİDEO

Bir müddət əvvəl məlahətli səsi ilə sosial şəbəkələrdə məşhurlaşan çoban bu dəfə Milli Konservatoriyada idi. İstedali gənc Pərvin Səfərovun səs tembrini yoxlayan sənətkarlar nə qərara gəliblər?

Qoyun otararkən mahnı oxuyan çobanın sosial şəbəkələrdən başlayan şöhrət yolu Milli Konservatoriyadan keçdi. Sənətçilər qarşısında səhnəyə çıxan 32 yaşlı Pərvin Səfərov ilk olaraq onu məşhurlaşdıran "Gəl bizim dağlara" mahnısını ifa etdi.

“Xəzər TV” məlumat verir ki, Neftçalanın Qaçaqkənd kənd sakini olan Pərvin Səfərovun səs tembrini yoxlamaq üçün daha bir ifa tələb edildi. Pərvin Səfərov bu dəfə ölməz sənətkarımız Rəşid Behbudovun repertuarından "Nazəndə sevgilim yadıma düşdü" mahnısını oxudu.

Onun səsininin məlahətindən danışan sənətkarlar çatışmazlıqlarını da açıqladılar.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaşadığı kəndin mədəniyyət evində işə götürülən Pərvin Səfərovun ən böyük arzusu musiqi təhsili almaqdır. Sənətkarlar qarşısında çıxış etdiyinə isə hələ də inana bilmir.

Qərara gəlinib ki, Pərvin Səfərov, Milli Konservatoriyanın tərkibində olan Musiqi Kollecində təhsil alsın.

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kəriminin sözlərinə görə, ən tez zamanda Dövlət İmtahan Mərkəzinə məktub ünvanlanacaq. Məqsəd xüsusi gənc qismində Pərvini qəbul imtahanına girmədən kollecə qəbul etməkdir. Kolleci bitirdikdən sonra isə ona Konservatoriyada da təhsil alması üçün imkan yaradılacaq.

Xəbər lenti