Rusiya-Azərbaycan sərhədindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar Azərbaycandan gedən TIR-ların sərhədi keçməsi mümkün olmayacaq.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda RİA Dagestanagentliyi bildirir.
Belə ki, “Yaraq-Qazmalar”da körpü tikintisi ilə bağlı hərəkətin dayandırılacağı bir vaxtda TIR-ların hərəkəti üçün alternativ marşrut mövcud deyil. Çünki “Yaraq-Qazmalar” TIR-ların hərəkəti üçün yeganə münasib məntəqədir.
“Ehtiyat variant” kimi ağır tonnajlı yük maşınlarının “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsindən keçməsi təklif olunur. Lakin bu marşrutun da öz problemi var - oradan federal “Qafqaz” şosesinə çıxan yol mövcud deyil.
Məlumata görə körpünün tikintisi yaxın vaxtlarda başlayacaq. “Tahirkənd-Qazmalar” sərhəd-keçid məntəqəsini federal şose ilə birləşdirən yolun tikintisi isə bu il ərzində başlamalıdır. Hazırda Dağıstan hökuməti mümkün variant kimi “Tahirkənd-Qazmalar”dan “Qafqaz” federal şosesinə qədər asfalt örtüyü olmayan müvəqqəti yolun salınmasını nəzərdən keçirir. İstənilən halda körpü tikintisi Azərbaycan-Rusiya sərhədində nəqliyyat kollapsına gətirib çıxara bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub