Xəbər verdiyimiz kimi, ötən gün ATV kanalında aparıcı Turan İbrahimovun təqdimatında yayımlanan "ATV Səhər" verilişinin yayımı dayandırılıb.
Mynews.az xəbər verir ki, bu gün mediada bununla bağlı müxtəlif xəbərlər dərc edilib. Əslində, verilişin yayımlanan reportajlar, Turan İbrahimovun ziddiyyətli şərhləri, hakimiyyət dairələrində və xüsusilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərində ciddi narazılıq doğurmasına görə bağlandığı qeyd edilib. Bəzi xəbərlərdə isə tanınmış aparıcının ATV kanalından uzaqlaşdırıldığı da qeyd edilib.
Məsələyə aydınlıq gətirmək üçün Turan İbrahimovla əlaqə saxladıq. O, Metbuat.az-a açıqlamasında qeyd etdi ki, bu xəbərlərin heç bir əsası yoxdur:
"Layihəni dayandırmaq qərarını rəhbərlik verdi. Onsuz da mövsümün qurtarmasına bir ay qalmışdı. Qərar verildi ki, layihəni dayandıraq. Ancaq söhbət “ATV Səhər” verilişindən gedir. Mən özüm ATV-dəyəm, fəaliyyətimi davam etdirirəm. “ATV Səhər”in kollektivi də ATV-dədir. Onlar fəaliyyətlərini davam etdirirlər. Söz-söhbətlər, şayiələr, dediqodular yayılıb. Hərənin öz məntiqi var və hərə də öz məntiqinə uyğun məsələlərə izah verməyə çalışır. Başqa heç nə demək istəmirəm.
Mən 4 ildir ki, efirdən ictimai maraqlar naminə tənqidi fikirlər səsləndirirəm. Yəni, bu 4 ildə elə rəhbərliklə də, dövlətin və cəmiyyətin marağını istəyən insanlarla da eyni dərəcədə həmrəy olmuşuq".
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub