Bakı və Abşeron yarımadasında mayın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.
Mynews.az -ın ETSN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, havanın temperaturunun gecə 11-15° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz bəzi rayonlarda yağışda qısa fasilə yaranacaq.
Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1121 dəfə oxunub
2
Avtomobil vurduğu piyada öldü
1034 dəfə oxunub
3
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
1029 dəfə oxunub
4
Üç nəfərin boğularaq öldüyü istirahət mərkəzinin sahibinə HÖKM OXUNDU
972 dəfə oxunub
5
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
960 dəfə oxunub