Azərbaycanda mobil telefon nömrələrinin satışının dayandırılmasının səbəbi məlum olub. Mynews.az məlumat verir ki, mobil operatorlardan lent.az-a bildirilib ki, hazırda mobil telefon nömrələrinin satışının olmaması bu nömrələrin rəsmiləşdirilməsi və qeydiyyatı qaydalarına edilmiş dəyişikliklə bağlıdır. Nazirlər Kabinetinin qaydalara dəyişiklik etməsi səbəbindən sistemdə bəzi işlər görülür və yaxın vaxtlarda satışın bərpa ediləcəyi gözlənilir.
Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb. Lent.az xəbər verir ki, Bakıda və rayonlarda mobil operatorların rəsmi dilerləri, eləcə də digər ticarət obyektlərində nömrə satışı həyata keçirilmir.
"Azercell", "Bakcell" və "NAR Mobile" mağazalarından bildirilib ki, nömrə satışının nə vaxt bərpa ediləcəyi barədə məlumatlı deyəcəklər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub