Aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş 35433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.
İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1121 dəfə oxunub
2
Avtomobil vurduğu piyada öldü
1034 dəfə oxunub
3
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
1029 dəfə oxunub
4
Üç nəfərin boğularaq öldüyü istirahət mərkəzinin sahibinə HÖKM OXUNDU
972 dəfə oxunub
5
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
960 dəfə oxunub