Zığ yolunda fırıldaqcılıqla məşğul olan şəxsin videosu sosial şəbəkələrdə yayılıb.
Mynews.az Avtosfer.az-a istinadən xəbər verir ki, "VAZ-2107" markalı, 10 UT 489 dövlət nömrə nişanlı avtomobillə yolda dayanan şəxs oradan keçən maşınları saxlatdırıb benzin pulu adı ilə pul dilənir. Videodan da göründüyü kimi, həmin şəxs "maşının benzini bitib" deyərək yolda qaldığnı, avtomobildə ailə-uşaq olduğunu söyləyir. Ardınca isə sürücüdən 4 manat pul istəyir. Sürücü isə onun videosunu telefonla çəkərək "gəl otur, gedək benzin alaq" deyir. Lakin həmin şəxs yenə də pul istəməkdə davam edir. Az sonra isə telefonla videosunun çəkildiyini anlayaraq oradan uzaqlaşır və öz maşınına minib gedir. Videonu çəkən sürücünün "bəs, benzinin yoxuydu" replikasına isə reaksiya verməyərək yoluna davam edir.
Həmin görüntüləri təqdim edirik və sürücülərin diqqətinə çatdırırıq ki, belələrinin toruna düşməsinlər. Onlar geniş şəbəkə qurublar və demək olar ki, respublikanın hər yerində qarşınıza çıxa bilərlər. Əksər hallarda "benzin qurtarıb" deyərək pul istəyirlər. Bəzən isə "ziyarətdən gəlmişəm" deyərək dini hədiyyələri baha qiymətə satmağa çalışırlar. Onlar olduqca səliqəli geyinir və normal insan təsiri bağışlamağa çalışaraq dilənçi olduqlarını gizlədirlər. Bəzən hətta avtomobildə "ailə-uşaq" kimi insanlar da olur. Onlar da bu şəbəkənin üzvləridir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub