Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib.
Mynews.az-ın məlumatına görə, bu barədə nazirliyin saytında elan verilib.
Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən növbəti açıq müsabiqə elan edilir.
Vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində əsasən filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yol hərəkətinin təşkili, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, iqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə, eləcə də Mərkəzin Şirvan regional bölməsində kimya ixtisası üzrədir.
Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.
Arzu edənlər 2017-ci ilin may ayının 4-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri təqdim edə bilərlər.
Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilib, habelə Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcək.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub