Dünən saat 16:00 radələrində "Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər vermişdik.
Məlum olub ki, hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur. F.Fərəcov hadisə ilə bağlı Unikal.org-a danışıb.
O, bildirib ki, hazırda araşdırma aparılır: "Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”. Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, "14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?...”-deyə qeyd edib.
"Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub