Almaniyanın “Thyssenkrupp Elevator” şirkəti “Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında Azərbaycana 25 ədəd yüksəksürətli eskalator göndərəcək.
Mynews.az-ın məlumatına görə, APA “Interfax” agentliyinə istinadən xəbər verir ki, alman şirkəti müvafiq tenderin qalibi elan olunub.
Alınan 8 eskalator “Sahil” və “Xətai” stansiyaları, digər 17 eskalator isə yeni açılacaq stansiyalardan biri üçün nəzərdə tutulub.
“Xətai” stansiyası üçün nəzərdə tutulan 4 eskalatorun uzunluğu 48,7 metr təşkil edir və bu, “Thyssenkrupp” tərəfindən indiyədək istehsal olunan ən uzun eskalatorlardır.
Şirkətdən bildirilib ki, müqavilənin dəyəri onlarla milyon avro təşkil edir.
Yeni eskalatorların quraşdırılması Bakı metrosunun ötürücülük qabiliyyətini 30% artıracaq. Beləliklə, il ərzində metro ilə daşınan sərnişinlərin sayı 222 mln. nəfərə çatacaq.
Qeyd edək ki, “Thyssenkrupp Elevator” şirkətinin dünya üzrə 900-dən çox nümayəndəliyi var.
Bakı metrosu 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropolitenin iki xətti üzərində 25 stansiya yerləşib. 2030-cu ilədək Bakı metrosunun stansiyalarının sayının 76-ya çatdırılması nəzərdə tutulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub