Son illər plastik cərahiyyə ciddi inkişaf mərhələsinə qədəm qoyub. Bir neçə il öncəyə qədər yalnız müğənnilər və sənət adamları öz görkəmini dəyişdirməyə cəsarət etsə də, artıq sadə insanlar, evdar qadınlar arasında da əməliyyat stoluna uzananlar az deyil.
Əməliyyat etdirənlər arasında daha çox qadınlar üstünlük təşkil edir. Estetik əməliyyatlar arasında isə ən geniş yayılmışı burun əməliyyatıdır. Həkimlər deyir ki, gözəlləşmək üçün qeyri-adi təkliflə müraciət edənlər çoxalıb.
Plastik-Estetik-Rekonstruktiv cərrah Dilqəm Məmmədov Metbuat.az-a açıqlamasında deyib ki, bəzi xanımlarımız dünya ulduzlarına bənzəmək istəyir: “Cennifer Lopesin, Monika Belluççinin fotoları ilə müraciət edirlər ki, məni ona oxşat. Ancaq mən o insanları əməliyyat etmirəm. Əməliyyatla kiminsə kimə bənzədilməsi mümkün deyil. Bunun tibbi göstərişi də yoxdur.
Əməliyyatdan öncə konsultasiyaya çox vaxt ayırdığım üçün bütün risk faktorlarını xəstələrlə danışıram. Xəstəni dəyərləndirib, ola biləcək burun formasını 60-70 faiz əvvəlcədən deyirəm. Razılaşma olduğu halda əməliyyat edirəm. Buna görə də, əməliyyatdan sonra hər hansı problemlə qarşılaşmıram”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub