''Xəyalənin meyidi hələ də dəfn olunmayıb. Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyidini yerdə qoymasınlar''.
Bu sözləri açıqlamasında iki gün əvvəl Bakıda biznesmen oğlunun ''Porcshe'' markalı avtomobillə vurub öldürdüyü Xəyalə Məmmədovanın xalası Yeganə xanım deyib.
Xalanın sözlərinə görə, Xəyalə Gürcüstanda yaşayırdı, Bakıya uşaqlarını görməyə gəlibmiş: ''Uşaqları balacadır, bağça yaşlarında olan iki qızı var. Ərindən boşanmasa da, ayrı yaşayırdılar. Uşaqlar isə ataları ilə qalırdı. Özü ilə gözəllik salonunda süpürgəçi işləyirdi. Hadisə baş verən gün Razində gözəllik salonundan çıxan zaman maşın vurub. Maşın elə sürətlə hərəkətdə olarkən vurub ki, zərbənin təsirindən Xəyaləni yoldan kənara atıb. Başından aldığı zərbədən yerindəcə keçinib''.
Yeganə xanım hadisə ilə bağlı sürücüdən şikayətçi olmadıqlarını bildirdi: ''Sürücünü polis saxlayıb, amma bizə deyiblər yaşı azdır. Xəyalənin ailəsi şikayətçi olmayıb. Deyirlər ki, ölümüzü götürsünlər, yerdə qalıb. İmkanımız yoxdur dəfn etməyə. Bu gün aparacağıq Gürcüstana. Sərhəddi keçməliyik''.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub