Məcburi köçkünlərin mənzillərinə quraşdırılan qaz sayğacının üzərində küllü miqdarda borc yazılması barədə xəbər vermişdik. Bu isə məcburi köçkünlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı danışan Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, sözügedən məsələ ilə ötən ilin payızından məşğuldur:
“Bu narazılıq ilk olaraq Ağcakənddə qalxmışdı. Yeni fərman veriləndən sonra digər ərazilərdə məskunlaşan məcburi köçkünlər arasında da eyni problem baş qaldırıb. Hazırda Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, digər köçkün rayonların icra hakimiyyəti orqanları, eləcə də mən hökumət qarşısında məsələ qaldırmışıq. Xahişimiz ondan ibarətdir ki, sayğacda hesablaşma sıfırdan başlasın. Yəni, borclar silinsin. Biz tələbkarıq, tələbimizi qoyuruq, əhalimizin mənafeyinin müdafiəsi üçün xahişimizi edirik. Çalışacağıq ki, qarşıya qoyduğumuz məqsədə nail olaq”.
Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək və bunun icrasına 2017-ci ilin yanvarında başlanılacaq.
cebheinfo
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub