"Biz bir neçə həftə öncə İDEA olaraq Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağlarının yaradılması ilə bağlı layihə irəli sürmüşük"
Mynews.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" plenar sessiyasında deyib.
Onun sözlərinə görə, bu layihə FAO ilə birlikdə hazırlanıb.
"Layihə nəticəsində kəndlərdə meyvə ağaclarının əkilməsini nəzərdə tuturuq. Bu, aztəminatlı ailələr üçün mənfəət yeri olacaq".
L.Əliyeva qeyd edib ki, dinimiz, irqimizdən asılı olmayaraq hamımız eyni planetdə yaşayırıq: "Ümumi gələcəyimiz var. Ekologiyanın sərhədləri yoxdur. Faktlar göstərir ki, məhz insan fəaliyyəti təbiətin qanunlarını pozur və bizə böyük fəlakətlər gətirir. İnsanlar bu zənginliklərin dəyərini itirməməlidir".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub