USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Turan İbrahimov maaşı haqda danışdı "5 min də ala bilərəm, 100 min də..."

19:05 06.05.2017
Turan İbrahimov maaşı haqda danışdı "5 min də ala bilərəm, 100 min də..."
19:05 06.05.2017

ATV telekanalında "ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamentinin rəhbəri, aparıcı Turan İbrahimovun aylıq maaşının 5 min azn olması haqda məlumatlar yayılıb.

Mynews.az xəbər verir ki, aparıcı bununla bağlı a24.az-a açıqlama verib: 

"5 min də ala bilərəm, 100 min də, bunun nə mənası var. Tutaq ki, ildə iki dəfə dünyanın ən mötəbər kurortlarına, Seyşel, Maldiv adalarına gedib dincəlməyə mənə putyovkalar veriblər işdən. Burda nə var ki? Televiziya aparıcısı, kanalın departament rəhbəri necə olmalıdır?"

Xatırladaq ki, mediada ötən gün ATV kanalında aparıcı Turan İbrahimovun təqdimatında yayımlanan "ATV Səhər" verilişinin yayımı dayandırılması ilə bağlı müxtəlif xəbərlər dərc edilib. Bəzi xəbərlərdə isə tanınmış aparıcının ATV kanalından uzaqlaşdırıldığı da qeyd edilib.


Xəbər lenti