Mayın 3-də Bakıda gənc qadını vurub öldürən tanınmış biznesmen Füzuli Fərəcovun oğlu Ağəli Fərəclinin idarə etdiyi ""Porsche" Cayenne Magnum" avtomobilinin 99 BS 999 dövlət qeydiyyat nişanlı nömrəsinin qiyməti bəlli olub.
Avtomobil satışı ilə məşğul şəxslərin verdiyi məlumata görə, hazırda bu nömrənin qiyməti 100 min manatdır.
"99 ?? 999 nömrəsinin qiyməti 100 mindən başlayır. Əgər seriya qoşa hərfdən ibarətdirsə (BB, SS və s.), onun qiyməti 200 min manatdır, fərqli hərflər olduqda isə 100 min manata satılır".
Bəs, dövlət nömrəsinin satışını fərdi şəxslər necə həyata keçirə bilirlər?
Avtomobil satışı ilə məşğul olanların sözlərinə görə, adətən, maşını satarkən nömrənin üstündə qalıb-qalmaması ilə bağlı satıcı ilə alıcı razılaşırlar: "Mümkündür ki, şəxs nömrəni özündə saxlayır və alıcısı tapılanda, polisə gedərək, nömrədən imtina etdiyini bildirir, qarşı tərəf isə həmin nömrəni alır və cüzi rüsumunu keçirib öz adına sənədləşdirir".
Qeyd edək ki, A.Fərəclinin "Porsche" maşınının qiyməti 200 min manatdan başlayır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub