Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarının tədris prosesinə təsirinin olub-olmacağına aydınlıq gətirib.
Nazirin fikrincə, beynəlxalq idman yarışlarının keçirildiyi coğrafi məkanların yaxınlığında yerləşən təhsil müəssisələrində bu məsələyə baxıla bilər: “Hazırda bu istiqamətində müəyyən işlər həyata keçirilir. Bu məsələlərdə biz çevik hərəkət edirik və həmin ali təhsil müəssisələrinin rəhbərlikləri ilə birlikdə Təhsil Nazirliyi daimi əlaqə yaradır, müzakirələr aparır”.
Nazir beynəlxalq idman yarışlarında iştirak edəcək tələbə könüllərinin tədris və imtahanı zamanı hər hansı güzəştlərin ediləcəyi ilə bağlı səslənən fikirlərə də toxunub: “Könüllü təhsil təcrübəsi əslində təhsil təcrübəsinin bir nüsxəsidir. Düşünmürəm ki, tələbə könüllülərin imtahanlarda hər hansı bir güzəştə ehtiyacı olsun. Keçmişdə biz könüllülərlə bağlı belə müraciətlərlə rastlaşmamışıq. Bu məsələlər ali təhsil müəssisələri ilə birlikdə sivil qaydada həyata keçirilir. Analoji şəkildə ali təhsil müəssisələrində təcrübə mövcuddur. Birinci il deyil ki, ölkəmizdə beynəlxalq tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələrimizin və tələbələrimizin gücünə arxalanmalıyıq”. (XəzərXəbər)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub