İngiltərənin “The Mirror” qəzeti Çində insanın qarnından ilan çıxarılması əməliyyatının görüntülərini yayıb.
Mynews.az xəbər verir ki, qəzetin saytında yayılmış görüntülərdən məlum olub ki, qəbizlikdən əziyyət çəkən və xüsusi ilan terapiyası qəbul edən şəxsin mədəsindən təxminən yarım metr uzunluqla ilan çıxarılır. Bildirilir ki, dünyanın bir çox yerlərində insanların qəbizlik problemi düz bağırsağa kiçik ilan daxil edilməsi yolu ilə həll edilir. Məhz bu müalicə üsulundan istifadə etmiş 49 yaşlı çinli mədəsindəki kəskin ağrılarla həkimə müraciət edib və burada dəhşətli fakt ortaya çıxıb. Məlum olub ki, ilan onun bağırsaqlarında irəliləyərək mədəsinə keçib və burada böyüyərək inkişaf edib. o, dərhal əməliyyat edilib və tibbi müdaxilədən sonra həmin şəxsin mədəaltı vəzində bədxassəli şişin yarandığı da ortaya çıxıb.
Əməliyyatın görüntüləri “LiveLeak” adlı video şəbəkəsində də yayılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub