Elektron protokol tərtib edilir, artıq 520-dən çox sürücü cərimələnib
Bakı yollarında "IV İslam Həmrəyliyi Oyunları" üçün ayrılmış xüsusi zolağa girən digər avtomobillərin sürücüləri ötən gündən etibarən cərimə olunurlar.
Xezerxeber.az xəbər verir ki, qaydalara görə, müvəqqəti olaraq bu zolaqda yalnız operativ nəqliyyat vasitələri və xüsusi icazəsi olan avtomobillər hərəkət edə bilər. Hətta bunu qadağan edən nişanlar da zolaq boyu bir neçə yerdə qoyulub. Amma görünən odur ki, bəzi sürücülər həmin zolağa girərək kobud qayda pozuntusuna yol verirlər.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, 24 saat təhlükəsiz şəhər kameraları vasitəsi ilə zolaqlar olan yola nəzarət edilir. Hansı sürücü daxil olursa dərhal həmin sürücü barəsində elektron protokol tərtib edilir: "Artıq 520-dən çox sürücü cərimələnib".
Çəkilişlərdən də görünür ki, bir çox sürücülər səbirsizlik edib oyunlar zolağına daxil olurlar.
Sürücü bu qaydanı eyni gündə neçə dəfə pozarsa bir o qədər cərimə ediləcək. Cərimənin məbləği 40 manatdır. Oyunlar zolağına qanunsuz şəkildə girən sürücülərin cərimələnməsi isə mayın 25-ə kimi davam edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub