Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.
ETSN-dən Mynews.az-a verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 14-17° isti, gündüz 26-31° isti, Bakıda gecə 15-17° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1121 dəfə oxunub
2
Avtomobil vurduğu piyada öldü
1034 dəfə oxunub
3
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
1029 dəfə oxunub
4
Üç nəfərin boğularaq öldüyü istirahət mərkəzinin sahibinə HÖKM OXUNDU
972 dəfə oxunub
5
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
960 dəfə oxunub