"Microsoft" şirkətinin qurucusu Bill Geyts bir çox proqnozlarının gerçəyə çevrilməsi ilə də məşhurdur. Mynews.az lent.az-a istinadən xəbərinə görə, məhz o, bir neçə il əvvəl smartfonların və sosial şəbəkələrin populyar olacağını anons etmişdi.
"Business Insider" nəşri Bill Geytsin gələcəklə bağlı 7 proqnozunu dərc edib. Beləliklə, 75 milyard dollarlıq sərvəti olan dünyanın ən varlı adamlarından biri düşünür ki:
1. 10-15 ildən sonra bioterrorçular süni viruslar yaradacaqlar;
2. 10-15 ildən sonra texnologiyalar Afrikada aclığa qalib gələcək;
3. 2030-cu ildə mobil banklar aztəminatlı ailələrin sayını azaldacaq;
4. 2035-ci ildə yoxsul ölkə, demək olar ki, qalmayacaq;
5. 15 ildən sonra bərpa olunan enerji karbohidrogen energetikasını üstələyəcək;
6. 20 ildən sonra robotlar milyonlarla iş yerini zəbt edəcək;
7. 2019-cu ildə poliomielit (viruslar tərəfindən törədilən, beynin boz maddəsinin iltihabı) xəstəliyinin kökü tamamilə kəsiləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub