Azərbaycanda yayımlanan xarici ölkələrin telekanallarında reklamların nümayişi qadağan edilir. Buna görə yayımçı məsuliyyət daşıyacaq.
Mynews.az Apa.az-a istinadən verdiyi məlumatına görə, bu, yeni hazırlanmış “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13-cü (Yayımçının hüquq və vəzifələri) maddəsində əks olunub.
Maddəyə görə, kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır. Retranslyasiya olunan telekanallarda xarici reklamların yayımlanmasına görə yayımçı məsuliyyət daşıyır.
Maddədə o da təsbit olunub ki, kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1121 dəfə oxunub
2
Avtomobil vurduğu piyada öldü
1034 dəfə oxunub
3
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
1029 dəfə oxunub
4
Üç nəfərin boğularaq öldüyü istirahət mərkəzinin sahibinə HÖKM OXUNDU
972 dəfə oxunub
5
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
960 dəfə oxunub