Pərdə və jalüz mövsümü artıq bir həftədir ki, başlayıb. Amma bəzi sürücülər avtomobilə hansı pərdədən vurmaq lazımdı bunu bilmir. Belə olduqda da qaydalara uyğun olmayan pərdədən istifadə edən sürücülərlə yol polisi arasında mübahisə yaranır.
Avtomobillərdə olan pərdənin çərçivəsi hansı materialdan hazırlanmalıdır?
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobil bazarında bu işlə məşğul olan ustalar da deyir ki, əvvəllər pərdə və jalüzlərin bir neçə növü var idi. Sonradan onlar qaydalara uyğun olan pərdələri hazırlamağa başlayıblar. İndi ustaların əksəriyyəti “maqnit” adlanan pərdə hazırlayır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtomobilə yalnız sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzə icazə verilir.
Qeyd edək ki, standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərimə edilə bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub