Gəlini sevgilisiylə qoşulub qaçan rəis İŞDƏN ÇIXARILDI - VİDEO

679
Gəlini sevgilisiylə qoşulub qaçan rəis İŞDƏN ÇIXARILDI - VİDEO

Daxili işlər orqanlarında yeni təyinat olub.

Mynews.az
-ın apa-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Laçın rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Balakən rayon Polis Şöbəsinin rəis müavini Adil Əsədov tutduğu vəzifədən azad edilərək, Laçın rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, BakiPost.az bir müddət əvvəl Məhəmməd Kərimovun oğlunun nişanlısı Günay Məmmədovanın başqa oğlana qoşularaq qaçdığı ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, rəis oğluyla evlənmək istəməyən qız öz rayonundan olan idmançı bir oğlanla qaçmaq qərarı verib.

Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Daha sonra isə oğlanın yaşadığı evin polis mühasirəsində olduğu, qızın geri qaytarılmasının tələb olunduğu bildirilirdi.

Xəbər lenti