Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Sizin üçün hansısa bələdiyyə sədri deyiləm ki, aparıb türmədə öldürəsiniz..."

“Prezident dəfələrlə ölkədəki məmurlara, iş adamlarına səslənib, onlara xəbərdarlıq edib ki, harın övladları özlərini yığışdırsın.” 

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, bu şəxslərin harınlığı ölkəmizə, prezidentə qarşı istifadə olunur:

“İlk öncə onu deyim ki,  bəzi saytlar məndən müsahibə götürsələr də fikrimi təhrif ediblər. İş adamı Füzuli Fərəcovun adını kiminləsə bağlayırlar, məmur qohumu olduğunu deyirlər. Hesab edirəm ki, bu məslədə adı hallanan adam da çıxıb hadisəyə aydınlıq gətirməlidir. İstənilən halda 14 yaşlı uşağın avtomobil sürərək adam öldürməsi harınlıqdır. Bu hallar birbaşa ölkəyə, prezidentə qarşı yönəlir. Belə olaylar cəzasız qalmamalıdır. Cəza olmasa insanlar arasında narazılıq yaranır. Mənim son müsahibələrimdən sonra bəzi xəyanətkar məmurlar məni təhdid etməyə başlayıblar. Buradan onlara səslənirəm. Mən sizin üçün hansısa bələdiyyə sədri deyiləm ki, aparıb məni türmədə öldürəsiniz. Bilirsiniz, bunların narahatlığının səbəbi aydındır. Xalqdan oğurladıqları sərvət barədə mən mətbuata ictimaiyyətə tez-tez açıqlama verirəm. Bunu da öz başıma etmirəm ki, qardaşım İlham Əliyev çıxışlarında bildirir ki, ölkədə ictimai nəzarət olmalıdır. Biz də partiya olaraq bunu həyata keçiririk. O, məmurlar çıxıb mənim dediklərimi təkzib edə bilmədiklərinə görə, məni təhdid edirlər. Hafiz Hacıyev heç kimdən qorxmur. Mən qardaşımın arxasındyam hər zaman.  Onların torpaqlarını başlarına sovurarıq. Buradan bir daha səslənirəm onlara ki, özlərini yığışdırsınlar. Yaxın günlərdə prezidentə müraciət edəcəm. Həmin adamlara məsləhətim budur ki, zəng vurub məni narahat etməsinlər. Yoxsa onlara qarşı mübarizəmdə daha sərt metodlara əl atmalı olacam”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...