Azərbaycanda sərnişin avtobuslarını idarə etmək hüququ qazanmaq üçün yaş hədləri ilə bağlı tələb qüvvəyə minib.
Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının ərazisindəki yollarda "DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ 26 yaşdan hesablanıb.
Əsasnaməyə edilən dəyişikliyə əsasən, yaş həddi çərçivəsi 26 yaşdan 65 yaşadək müəyyənləşdirilib.
Xatırladaq ki, "DE” qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D” kateqoriyasından olan avtomobillərdir.
Müvafiq tələb "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunda əksini tapıb.
"Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə bu tələbin tətbiqinə başlanacaq.
mənbə: APA
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub