Daxili işlər orqanlarında yeni təyinat olub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Laçın Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Kərimov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Nazirin digər əmri ilə Balakən Rayon Polis Şöbəsinin rəis müavini Adil Əsədov tutduğu vəzifədən azad edilərək, Laçın Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Mynews.az bakipost.az-a istinadən bildirir ki, bir müddət əvvəl Məhəmməd Kərimovun oğlunun nişanlısı Günay Məmmədovanın başqa oğlana qoşularaq qaçdığı ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, rəis oğluyla evlənmək istəməyən qız öz rayonundan olan idmançı bir oğlanla qaçmaq qərarı verib.
Onların bu əməlindən xəbər tutan rəis isə hadisə baş verən rayonun polis şöbəsinin rəisindən yardım istəyib. Daha sonra isə oğlanın yaşadığı evin polis mühasirəsində olduğu, qızın geri qaytarılmasının tələb olunduğu bildirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub