700 bal toplayan Eldar görün hansı Eldar imiş...

Xəbər verdiyimiz kimi, ötən gün ölkədə 2-ci və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Ümumilikdə 7 nəfər 700 bal toplayıb. Onlardan biri də 4-cü qrup üzrə rekord bal toplayan Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyevdir.
Sevincini xanim.az-la bölüşən Eldar bu uğuru əldə edəcəyinə öncədən əmin olduğunu bildirib.
"Mən buna çoxdan hazırlaşırdım. Bunu məndən hamı gözləyirdi. Bunu etməliyim və elədim. Sınaqlarda hər zaman 600-dən yuxarı bal toplayırdım. Hazırlığa iki il getmişəm. Amma 7 ildir ki, məqsədim bu balı toplamaq olub. Yəni, özümü dərk edəndən, ən yüksək balın 700 olduğunu biləndən bu balı toplamaq üçün mübarizə aparmışam. Dərslərimə həmin vaxtdan yüksək səviyyədə hazırlaşmışam. Hazırlıq müəllimlərim isə elə öz məktəbimin müəllimləri olub. Anam həkimdir, elə uşaqlıqdan həkimliyə marağım olub.
Şagirdlərə məsləhətim isə odur ki, hər kəsin öz xətti var, uğur qazanmaq istəyirlərsə, hədəfləri və arzuları olmalıdır. Çox fikir dəyişdirən insanlar, fikrimcə, çox da uğur qazanmırlar. Ona görə də, bir fikirlə sona qədər seçim etməlidirlər. Düzünü deyim ki, mən günümün bütün saatlarını oxumağa sərf etməmişəm. Sadəcə tapşırıqları yerinə yetirmişəm, bir az da əlavə tapşırıqlar edirdim, gəzməyimə də, dostlarıma da, sosial şəbəkələrə də yetərincə vaxt ayırmışam. Heç nədən özümü təcrid etməmişəm. Türkiyədə təhsil almağı nəzərdə tutmuşam, artıq sənədlərimi vermişəm. Əgər alınmazsa, Azərbaycan Tibb Universitetində təhsil almaq niyyətindəyəm. Bu, əlbəttə, Azərbaycan təhsilini bəyənməməkdən deyil, saədəcə olaraq, xaricdə təhsil almaq, bu, artıq özü fərqdir. İstər karyerada, istərsə də, şəxsi təcrübədə... Qeyd edim ki, "Müalicə işi"ni ixtisas olaraq seçmişəm, kardio-cərrah olmaq istəyirəm".
Xatırladaq ki, Eldar AZTV-də yayımlanan "Əlaçı" verlişinin iştirakçısı olub.
Cəmiyyət
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- "Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur" - Anar Kərimov
- İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
- "Trendyol"dan sifarişlərdə nə dəyişib? - Hansı geyimlər Azərbaycana göndərilməyəcək? - VİDEO
- İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlandı
- Taksi qiymətləri niyə bahalaşıb?
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur" - Anar Kərimov 988 dəfə oxunub
- Qeyri-sabit, yağıntılı hava şəraiti bu tarixədək davam edəcək 906 dəfə oxunub
- Övladı məktəbə gedən valideynlərin NƏZƏRİNƏ 600 dəfə oxunub
- "WhatsApp"da daha bir özəllik - Səs yazılarını paylaşmaq və dinləmək mümkün olacaq 599 dəfə oxunub
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu 583 dəfə oxunub