Bakıda fəaliyyət göstərən məşhur “Mothercare” mağazasının endirimləri müştəriləri çaş-baş salıb.
Mynews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu dəfə endirimlərdən şikayətçi olan şəxs “Mothercare”nin alıcısı Nəsrin Dadaşovadır.
Müştəri yazır: “Mothercare Azerbaijan” 50% endirim elan edib. Aldığım mal 50 faiz endirimdə idi. Ən üstdəki etiketdə 32.20 AZN normal qiyməti və endirimi ilə 16.10 AZN olub. Etiketi evdə qopardıqda altındakı qiyməti gördüm. Deməli, məhsul 24.00 AZN olub əvvəl və 30% endirimlə 16.80 AZN-ə düşüb. Elə bunu düzgün 30% adıyla satın da...”
Nəsrin Dadaşovanın iddialarından belə nəticə çıxır ki, mağaza malın qiymətini süni şəkildə şişirdib və növbəti “endirim”i edib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub