SİM kartların başqasına verilməsinə qadağa qoyulacaq.
Mynews.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Azərbaycan İnternet Formumun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, yeni qanun müəyyən problemlər yarada bilər: "Ailələrin əksərində uşaqların işlətdikləri nömrələr, həmçinin xeyli sayda yaşlı sakinlər var ki, onların işətdikləri nömrələr, xeyli sayda hüquqi şəxslərə aid nömrələr tamamilə başqa şəxslərin adına sənədləşdirilib.
Əgər qanun layihəsi son dövrlərin təcrübəsinə əsaslanaraq heç bir ictimai müzakirə olmadan bu fomada qəbul olacaqsa, deməli, buna uyğun da yeni cərimələr qaçılmaz olacaq.
Ümumiyyətlə, texnologiyaların indiki inkişaf mərhələsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mobil nömrələrə qarşı bu cür sərt yanaşmanın elə də effektiv olacağını düşünmürəm"
Qeyd edək ki, Milli Məclisdə "Telekommunikasiya haqqında" qanuna əlavə və dəyişikliklər təklif edilib. Belə ki, yeni dəyişikliyə görə, SİM kartların başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub