Bir neçə saat sonra ölkəmizdə daha bir beynəlxalq yarışa start veriləcək.
Mynews.az xəbər verir ki, bir neçə saatdan sonra Bakıda İslam Oyunlarının açılışı möhtəşəmliyi ilə bütün dünyaya səs salacaq. Muğam ustası Alim Qasımov da açılış mərasiminə öz səsi ilə xüsusi rəng qatacaq. Bununla bağlı xalq artisti Metbuat.az-a danışıb:
"Hər gün səhər tezdən qalxıb açılış mərasiminin məşqlərinə qatılmışam. Artıq günlərdir ki, hər şeyin möhtəşəm keçməsi üçün mən də əlimdən gələni etməyə çalışıram. Bu gün isə nəhayət ki, uzun müddətdir davam edən məşqlərimiz öz bəhrəsini göstərəcək. Çox şadam ki, ölkəmizin və İslam dünyasının belə mötəbər tədbirində mənim də adım hallanacaq".

Bunun ardınca isə bütün beynəlxalq tədbirlərdə ölkəmizin qədim musiqi sənətini öz ritmləri ilə dünyaya çatdıran “Natiq Ritm qrupu” çıxış edəcək. Oyunlarda tamaşaçıları hansı sürprizlərin gözlədiyi isə cəmi bir neçə saat sonra bəlli olacaq. Buna görə də, İslam Oyunları 2017-nin açılış mərasiminin nömrələri barədə məlumatlar gizli saxlanılır.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub